Sizə faydası

OnePoint-lə nə dəyişdi?

Çətin məqamda kreditə üz tutduqda bütün qapılar üzünə bağlıdır? Bir yolla içəri daxil olsan belə, biletin arxa sıradadır? Sərt şərtlər, yorucu sənədləşmə, qarışıq prosedurlar və artıq su yoluna çevrilmiş bank filiallarına aparan yollar.

Hər kəs üçün

Rəsmi işin və kredit tarixçənizin olmaması artıq problem deyil. Tarixçənizi biz yaradacağıq.

Məqam və məkan vacib deyil

Azərbaycanın istənilən nöqtəsindən sizə lazım olan anda müraciət edin
iPhone mockup

Ani təsdiq və köçürmə

Müraciətiniz cəmi 5-10 dəqiqə çəkir və kredit dərhal karta köçürülür.

Sənəd yığımı olmadan

Yalnız şəxsiyyət vəsiqəniz kifayət edir. Qalan məlumatı özümüz əldə edirik.
Dəstək

Sual - Cavab

Tez-tez verilən sualların cavabı
Mənə kredit düşür?

İş yerindən asılı olmayaraq, yaşı 20-65 aralığında olan hər Azərbaycan vətəndaşına kredit təklif etməyi hədəfləyirik. Lakin son qərarı skorinq sistemi verir.

Yaş həddi var mı?

Bəli, kredit yaşı 20 - 65 aralığında olan Azərbaycan vətəndaşına verilir.

Hansı məbləğdə kredit almaq mümkündür?

OnePoint platformasında hal-hazırda kiçik məbləğli kreditlər ayrılır. Məbləğ 50-300 manat aralığında təyin edilir. Müddət məbləğdən asılı olaraq 1-3 ay arasında dəyişir. Yaxın zamanda yeni kredit məhsulları da nəzərdə tutulub.

Kredit almaq üçün sənəd tələb olunur?

Yalnız şəxsiyyət vəsiqənizin olması kifayətdir.

Pulu necə alacam?

Kredit məbləği istənilən yerli bank kartına dərhal köçürülür. Bank əməliyyatlarının fərqliliyindən asılı olaraq məbləğin kartda əks olunması bir neçə dəqiqə çəkə bilər.

Başqa yerdə borcum varsa sizdən kredit ala bilərəm?

Bəli, siz istənilən halda kredit üçün müraciət edə bilərsiniz.

Hansı məbləğdə kredit ala bilərəm?

Hal-hazırda qısa müddətli (3 ayadək) kiçik fərdi kreditlər verilir. Hədəfimiz platformada tədricən kredit məhsullarının növünü artırmaqdır.

Banklarda gecikməm olarsa kredit verilir?

Sizin yenə də müraciət etməyiniz məsləhətdir. Keçmiş gecikmələriniz düşündüyünüz qədər böyük olmaya bilər.

OnePointdə bir neçə aktiv kreditim ola bilər?

Hal-hazırda platformamızda yalnız bir aktiv kreditiniz ola bilər. Bu krediti tam ödədikdən sonra yenidən müraciət edə bilərsiniz.

Kreditləri harada və necə ödəmək olar?

Kredit alarkən seçdiyiniz bankın və ya kredit təşkilatının fərqli ödəmə üsulları ola bilər. Bu barədə məlumat sizə təqdim olunan elektron müqavilə və ödəniş cədvəlində qeyd olunur.

Sualım olarsa hara müraciət edim?

İstənilən sual, təklif və çətinliyiniz yaranarsa Müştəri xidmətimizə və ya [email protected] mail ünvanına müraciət edə bilərsiniz.

Krediti gecikdirsəm faiz gəlir?

Gecikmələrə görə cərimələr platformada kredit verən bank və kredit təşkilatları tərəfindən  hesablanır və sizinlə bağlanan elektron kredit müqaviləsinin şərtlərində qeyd olunur. Bundan əlavə gecikmələriniz kredit bürosunda qeydə alınır və kredit tarixçənizə təsir edir.

Krediti daha tez qaytara bilərəm?

Aldığınız krediti verilmə tarixinin növbəti günündən başlayaraq istənilən zaman qaytara bilərsiniz. Kredit faizi gündəlik olaraq hesablandığı üçün geri qaytaracağınız məbləğ ödədiyiniz günə qədər hesablanır.

Krediti tez qaytarsam faiz azalır?

Bəli. Kredit faizi gündəlik olaraq hesablanır.

Kreditin ödəmə müddətini uzatmaq olar?

Xeyr. Hal-hazırda elə bir imkan nəzərdə tutulmayıb. Amma istənilən halda Müştəri xidmətinə müraciət edərək yaranmış çətinliklə bağlı məlumat verməyinizin faydası var.

Krediti gecikdirsəm yenidən götürə bilərəm?

İstənilən halda dəqiq nəticəni müraciət etdikdən sonra bilmək olar. Əlbəttə ki, gecikmələr son nəticəyə mənfi təsir edir.

Şifrəmi unudmuşamsa nə etməliyəm?

Narahat olmağa ehtiyac yoxdur. Profildən çıxış edib daha sonra “Daxil ol” düyməsinə klikləyərək “Şifrəmi unutmuşam” bölməsinə daxil olaraq e-mail vasitəsilə şifrənizi yeniləyə bilərsiniz.

Mobil tətbiqiniz var?

Yaxın zamanda istifadəyə veriləcək.

Avatar photoAvatar photoAvatar photo

Müştəri xidməti

Sualınız var? Bizimlə əlaqə saxlayın.